ADY: Bu il Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilir
sizinxeber.az xəbər saytı

ADY: Bu il Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilir


Bu il Çindən Orta Dəhlizlə 210-dan çox blok qatarı qəbul edilib.

"Sizinxeber.az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, ilin sonunadək 300-dən çox qatarın göndərilməsi gözlənilir. ADY və Çin şirkətləri arasında Çin mənşəli yüklərin konteyner blok qatarlarla Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üzərindən daşınması barədə razılaşma əldə edilib.

"Yeddi il öncə bu gün istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən illər ərzində regional və qlobal yükdaşımalarda Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə gücləndirib", - məlumatda deyilir.

Xatırladaq ki, BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb və yükdaşıma bu il mayın 20-dən bərpa edilib. Həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.

BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində onunla yükdaşımaların həcminin ildə 5 milyon tona çatması, dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Oxşar xəbərlər

Rövşən Rüstəmov: "Çindən göndərilən yüklərin BTQ ilə nəqlinə dair razılıq əldə edilib" - EKSKLÜZİV
Bu ilin sonuna qədər Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 200 konteyner qatar göndərib
Çindən Orta Dəhlizlə bu il göndərilən blok qatarların sayı açıqlanıb
Avstriya "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər