Elnur Soltanov: "Enerji sahəsində aparıcı mövqeyimizi əldən vermək istəmirik"
sizinxeber.az xəbər saytı

Elnur Soltanov: "Enerji sahəsində aparıcı mövqeyimizi əldən vermək istəmirik"


Azərbaycan enerji sahəsində aparıcı mövqeyini əldən vermək istəmir.

Bunu "Report"a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sahəsində atdığı addımları Türkiyəsiz təsəvvür etmək mümkün deyil: "Azərbaycan hazırda dəyər zəncirinin daha aşağı səviyyələrinə enməyə başlayıb. İstehsalla yanaşı digər istiqamətlər də nəzərdə tutulur. Azərbaycan həm enerji resursların istehsalında, həm daşınmasında, həm də emalında Türkiyə ilə birgə hərəkət edir. Əlbəttə ki, qardaşlıq münasibətləri gözəldir. Amma bu qardaşlıq əlaqələri iqtisadi münasibətlərlə də güclənəndə daha sağlam təməllər olur".

"Əlbəttə ki, iki ölkə arasında əlaqələr mənəvi məsələlərə dayanır. Lakin maddi məsələləri də unutmaq olmaz. Azərbaycanın enerji sahəsində fərqli, böyük baxışları var. Azərbaycan enerji sahəsində inqilabların, bu sahənin aparıcı dövlətlərindən biridir. Azərbaycan bu mövqeyini əldən buraxmaq istəmir. Ümid edirik ki, Azərbaycan "yaşıl enerji" sahəsində Türkiyə ilə əməkdaşlıq yolu ilə bu sahədə yeni mövqelərə çatacaq", - deyə nazir müavini əlavə edib.

Oxşar xəbərlər

Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir"
Elnur Soltanov: "Azərbaycan enerji sektorunu "yaşıl iqtisadiyyat" məqsədlərinə uyğun yenidən qurur"
Elnur Soltanov: "Azərbaycan regional və qlobal enerji siyasətində lider mövqeyini gücləndirir"
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
Elnur Soltanov: “Təmiz enerji” ilə yemək hazırlanması həssas təbəqələri qoruyacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle