Biləsuvar və Cəlilabadın kəndlərində yararsız elektrik xətləri dəyişdiriləcək
sizinxeber.az xəbər saytı

Biləsuvar və Cəlilabadın kəndlərində yararsız elektrik xətləri dəyişdiriləcək


Biləsuvar və Cəlilabad rayonlarının bəzi kəndlərində yararsız hala düşmüş elektrik xətləri dəyişdiriləcək.

"Sizinxeber.az"un Muğan bürosu xəbər verir ki, müvafiq qurumlar bu istiqamətdə hazırlıqlara başlayıb.

Belə ki, Biləsuvar rayonunun Ağalıkənd, Yuxarı Cürəli, Cəlilabad rayonunun Ləkin kəndləri ərazisində 10 kV-luq hava xətləri yenilənəcək. Eləcə də 0,4 kV-luq elektrik şəbəkəsi yeni xətlərlə yenidən qurulacaq.

Qeyd edək ki, sözügedən yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən naqillərin uzun illərdən bəri yenilənməyib. Buna görə də güclü külək və digər təbiət hadisələri zamanı xətlərdə qırılmalar baş verir.

Oxşar xəbərlər

Kəlbəcər və Laçında elektrik enerjisi infrastrukturu yenidən qurulur - VİDEO
Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb
Zaqatala və Qaxda elektrik enerjisi kəsilib
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər