Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq


Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Sizinxeber.az” “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Xəzər rayonunun bəzi ərazilərində işıq olmayacaq
Masazır qəsəbəsində işıq olmayacaq
Sabah Bakının qəsəbəsində elektrik enerjisi kəsiləcək
Bu gecə Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
Sabah Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər