BTC ilə neft ixracının həcmi noyabrda 10 % artıb
Ötən ilin noyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 656 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“Oktyabr ayı ilə müqayisədə noyabrda BTC ilə ixrac sutkada 62 min barel və yaxud 10 % artaraq gündəlik orta hesabla 656 min barelə çatıb", - hesabatda qeyd edilib.
2023-cü ilin noyabr ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə BTC ilə nəqlin həcmi sutkada 7 % və yaxud 45 min barel artıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.
Oxşar xəbərlər
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
IEA 2024-2025-ci illərdə qlobal neft hasilatı ilə bağlı proqnozunu saxlayıb
OPEC noyabrda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













