Xəzər hövzəsində ən böyük gəmiqayırma zavodu 2028-ci ilədək olan planlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Xəzər hövzəsində ən böyük gəmiqayırma zavodu 2028-ci ilədək olan planlarını açıqlayıb


Xəzər dənizi hövzəsində ən böyük və müasir gəmiqayırma zavodu olan “Bakı Gəmiqayırma Zavodu” MMC (“Baku Shipyard”) 2028-ci ilədək 13 gəmi inşa edərək təhvil verəcək.

Bu barədə “Sizinxeber.az” “Bakı Gəmiqayırma Zavodu”na istinadən xəbər verib.

Məlumata görə, bu gün zavodun yaradılmasından 11 il ötür.

Bildirilib ki, bu günədək zavodda 11 gəmi inşa edilib: “Hazırda müəssisə tam gücü ilə fəaliyyət göstərir”.

Qeyd edək ki, sahəsi 620 min kvadratmetr olan Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodudur. Açılış mərasimi 2013-cü il sentyabrın 20-də baş tutan zavod Finlandiya, Niderland, Almaniya, Çexiya, Cənubi Koreya, Sinqapur və digər dövlətlərdə istehsal olunan avadanlıqlarla təchiz olunub.

Oxşar xəbərlər

Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodundan – VİDEOREPORTAJ
 “Bakı Gəmiqayırma Zavodu”nun istehsal dəyəri 3 dəfədən çox artıb
Bakı Gəmiqayırma Zavodundan REPORTAJ - VİDEO
“Bakı Cihazqayırma Zavodu”nun rəhbərliyi dəyişib
Ukraynada yeganə fəaliyyət göstərən duz zavodu satışa çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle