Biləsuvarda GES-in tikintisi ilə bağlı hazırlıq işlərinin qiymətləndirilməsi aparılıb
Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 445 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin faktiki vəziyyətinin qiymətləndirilməsi və gələcəkdə bu istiqamətdə görüləcək işlərin müzakirəsi ilə bağlı ilk görüş keçirilib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, görüş bu gün Biləsuvar Rayon İcra Hakimiyyətində “Masdar” şirkətinin, WSP təşkilatının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssislərinin iştirakı ilə təşkil olunub.
Günəş elektrik stansiyası Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1 454 hektar torpaq sahəsində tikiləcək.
Qeyd edək ki, “Masdar” ilə bağlanmış müqavilələrə əsasən, Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa ediləcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
