Nizami rayonunun bəzi yerlərində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Nizami rayonunun bəzi yerlərində işıq olmayacaq


Mayın 6-da Bakının Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Məntəqəsini (KTM 1078) qidalandıran 10 kV-luq hava xəttində cari təmir işləri aparılacaq.

Bu barədə "Sizinxeber.az"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Nizami rayonu Şərq küçəsində Azərsutikinti trestinin xəstəxanasının ətrafında yerləşən bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli şəkildə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Qaraçuxur qəsəbəsində işıq kəsiləcək
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
Hövsan və Şüvəlan qəsəbələrində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər