Azərbaycanda isti su sayğacı olmadıqda bir nəfər üçün aylıq istehlakı norması müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycanda isti su sayğacı olmadıqda bir nəfər üçün aylıq istehlakı norması müəyyənləşib


Nazirlər Kabineti isti su sayğacı olmayan mənzillərdə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması 2,5 m3 həcmində müəyyən edib.

"Report" xəbər verir ki, bu, qurumun təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"nda öz əksini tapıb.

Qaydalara əsasən, istehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatına görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən,

- təbii inhisar subyekti qismində çıxış edən paylayıcı tərəfindən göstərilən istilik təchizatı ilə bağlı – İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən bir kvadratmetr üzrə müəyyən edilmiş tariflərlə;

- digər paylayıcılar tərəfindən göstərilən istilik və isti su təchizatı ilə bağlı - istehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə;

- isti su təchizatı ilə bağlı – istehlakçının mənzilində və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

Oxşar xəbərlər

İstilik təchizatı xidmətləri ilə bağlı tariflərə yenidən baxılsın - TƏKLİF
"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib
Azərbaycanda trasın razılaşdırılması ilə bağlı rəyi tələb olunan orqanların siyahısı müəyyənləşib
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək
Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər