Neft ucuzlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
11:00

Neft ucuzlaşıb

15 iy, 2025
11:00
598

Neft ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın Ukrayna nizamlanması ilə bağlı yeni planını elan etməsindən sonra dünya bazarlarında neft ucuzlaşıb.

Bu barədə “Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 0,29 ABŞ dolları (0,42 %) ucuzlaşaraq 1 barel üçün 68,92 ABŞ dolları təşkil edib. Bazar ertəsi “Brent” markalı neftin qiyməti 1,15 ABŞ dolları (1,6 %) aşağı düşərək 1 barel üçün 69,21 ABŞ dolları olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin avqust fyuçerslərinin qiyməti bu vaxta qədər elektron ticarətdə 0,34 ABŞ dolları (0,51 %) aşağı düşərək 1 barel üçün 66,64 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyada müqavilə 1,47 ABŞ dolları (2,1 %) ucuzlaşaraq 1 barel üçün 68,98 ABŞ dolları olub.

Bizimlə əlaqə saxlayın