"PashaPay" və Türkiyənin "Sipay" şirkəti Amsterdamda Əməkdaşlıq Sazişi imzalayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
12:00

"PashaPay" və Türkiyənin "Sipay" şirkəti Amsterdamda Əməkdaşlıq Sazişi imzalayıb

05 in, 2025
12:00
567

"PashaPay" və Türkiyənin "Sipay" şirkəti Amsterdamda Əməkdaşlıq Sazişi imzalayıb

Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – "PashaPay" ilə Türkiyənin ən sürətlə böyüyən fintex şirkəti - "Sipay" arasında transsərhəd fintex innovasiyalarını təşviq etmək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək məqsədilə strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Saziş iyunun 3-də "PashaPay"in Bir ekosistemi təmsil etdiyi dünyanın aparıcı fintex tədbirlərindən biri olan "Money 20/20 Europe" zamanı Niderlandın paytaxtı Amsterdamda imzalanıb. Tərəfdaşlıq qarşılıqlı bazarlara çıxışı təmin etmək, texnologiya platformalarını inteqrasiya etmək və qlobal ödəniş şəbəkələri vasitəsilə maliyyə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.

"PashaPay" və "Sipay"ın verdiyi nətbuat açıqlamasında bildirilib ki, saziş çərçivəsində hər iki şirkət rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək, inklüziv iqtisadi əlçatanlığı dəstəkləmək və hər iki ölkədə fəaliyyət göstərən fərdi şəxslər və bizneslər üçün asan və sürətli əməliyyatların həyata keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq edəcək.

"PashaPay" şirkətinin baş icraçı direktoru Samir Məmmədov bildirib: "Bu əməkdaşlıq, regionda daha sıx inteqrasiya olunmuş və inklüziv rəqəmsal iqtisadiyyatın qurulması yolunda mühüm bir addımdır. Biz qardaş Türkiyənin "Sipay" şirkəti ilə tərəfdaşlıq edərək yalnız "PashaPay"in rəqəmsal pulqabı tətbiqi m10 istifadəçiləri üçün yeni imkanlar yaratmırıq, eyni zamanda, beynəlxalq pul köçürmələrini asanlaşdırmaqla Azərbaycan və Türkiyədə, eləcə də regiondan xaricdə yaşayan və fəaliyyət göstərən vətəndaşlar, ailələr və bizneslərin gündəlik həyatına dəstək vermiş oluruq".

"Sipay" şirkətinin baş icraçı direktoru Semih Muşabak qeyd edib: "PashaPay" ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Onlar da bizim kimi daha əlaqəli, inklüziv və innovativ maliyyə ekosistemini hədəfləyir. Bu əməkdaşlıq regional strategiyamızda mühüm bir mərhələdir və bizə Türkiyə və Azərbaycandan başlayaraq, sərhədlərarası rəqəmsal maliyyə həlləri təqdim etməyə, daha sonra isə yeni bazarlara genişlənməyə imkan yaradacaq".


"PashaPay" haqqında

"PashaPay" Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və "MilliÖn" ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

www.pashapay.az

"Sipay" haqqında

2019-cu ildə təsis edilmiş "Sipay" innovativ fintex şirkəti olaraq, bizneslərin və fərdi istifadəçilərin maliyyə ehtiyaclarına uyğunlaşdırılmış məhsul və xidmətlər hazırlayır. "Sipay" şirkətlərin bütün maliyyə fəaliyyətlərini vahid platforma üzərindən idarə etməsinə və izləməsinə imkan verən bir sistem təqdim edir.

www.sipay.com.tr

Bizimlə əlaqə saxlayın