Azərbaycan qarğıdalı idxalını 26 %-ə yaxın azaldıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
15:00

Azərbaycan qarğıdalı idxalını 26 %-ə yaxın azaldıb

21 may, 2025
15:00
686

Azərbaycan qarğıdalı idxalını 26 %-ə yaxın azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 36 min 644 ton qarğıdalı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 13 milyon 567 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 12 min 760 ton (25,8 %), dəyər baxımından isə 2 milyon 123 min ABŞ dolları (13,5 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Bizimlə əlaqə saxlayın