Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib


Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 21791:2025 “МАС-30НК sintetik yağ. Texniki şərtlər”, AZS ГОСТ 23258:2025 “Plastik sürtkülər. Adlar və işarələr”, AZS ГОСТ 23652:2025 “Transmissiya yağları.Texniki şərtlər” və AZS ГОСТ 25821:2025 “Maye ПГВ. Texniki şərtlər” yeni dövlət standartlarını qəbul edib.

"Sizinxeber.az" bu barədə AZSTAND-a istinadən xəbər verir. 

Məlumata görə, bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir. 

Yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və İnstitut onları qəbul edərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edib. 

Oxşar xəbərlər

Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib
Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər