

Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartlarını qəbul edib.
"Sizinxeber.az" AZSTAND-a istinadən xəbər verir ki, standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.
Yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb və İnstitut onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avrop Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC nömrəli “Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Direktivinin istinad standartlarının autentik tərcüməsi əsasında işlənib hazırlanıb.
Oxşar xəbərlər
Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib
Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib
Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib
Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
