Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin olunub


İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.

"Sizinxeber.az" xəbər verir, bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.

O, I "Yüksəliş" müsabiqəsinin qalibidir.

X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.

Oxşar xəbərlər

UNEC-ə yeni prorektor təyin olunub
Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Naxçıvanda yeni publik şəxslər təsis edilib
Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər