

Naxçıvanda yeni publik şəxslər təsis edilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliklərində publik hüquqi şəxslər yaradılıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” təsis edilib.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxsi də yaradılıb.
Eyni zamanda, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin əmlakı və ştat vahidlərinin həyata keçirdiyi funksiyalar nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına verilib.
Həmçinin, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC adlandırılıb.
Oxşar xəbərlər
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır”
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
