Qarabağ və Şərqi Zəngəzurda icra olunan 22 layihə zəmanət və subsidiya mexanizmi ilə əhatə olunub
sizinxeber.az xəbər saytı

Qarabağ və Şərqi Zəngəzurda icra olunan 22 layihə zəmanət və subsidiya mexanizmi ilə əhatə olunub


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarların zəmanət və subsidiya mexanizmi üzrə müraciət etdiyi layihələrin sayı 22-yə çatıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.

"Həmin layihələr üzrə təsdiq edilmiş kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manatdır. Fondun mexanizmi əsasında maliyyələşdirilən layihələr xidmət, turizm və kənd təsərrüfatı sektorlarını əhatə edir, Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda həyata keçirilib. Fond olaraq bizim əsas məqsədimiz biznesini genişləndirmək istəyən sahibkarlara dəstək olmaqdır. Bütün iş adamlarını dövlətin zəmanət və subsidiya mexanizmindən faydalanaraq, bizneslərini böyütməyə və iqtisadiyyatımıza töhfə verməyə dəvət edirik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdəki sahibkarların kreditinə 19,2 milyon manat dövlət zəmanəti verilib
Azərbaycanda 9 ayda 168 milyon manata yaxın güzəştli kredit verilib
Fond: Subsidiya ödənişinə dair təsdiqlənmiş müraciətlərin sayı 5 dəfə artıb
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 550 milyon manata yaxın güzəştli kredit alıb
Azərbaycanda sahibkarlara 3,3 milyard manatdan çox güzəştli kredit verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər