“Azərsığorta"ya məxsus 41 avtomobil hərraca çıxarılacaq
sizinxeber.az xəbər saytı

“Azərsığorta"ya məxsus 41 avtomobil hərraca çıxarılacaq


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ləğv prosesində olan Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” ASC-nin balansında olan 41 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır.

"Sizinxeber.az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərrac fevralın 13-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, şirkətin hesabına beh ödəməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fevralın 14-də səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.

Oxşar xəbərlər

“Azərsığorta"ya məxsus 3 avtomobil hərraca çıxarılacaq
ASCO-ya məxsus 12 avtomobil hərraca çıxarılacaq
Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
"Bakı Beton Konstruksiyaları" təkrar hərraca çıxarılır
Azərbaycan Mərkəzi Bankının avtomobilləri hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər