Azərbaycanda ötən il qanundankənar 33,5 kq qızıl-zinət əşyaları aşkarlanıb
Ötən il Azərbaycanda qanunvericiliyin tələblərini pozan şəxslərdən 33,5 kiloqramdan çox qızıl-zinət əşyaları aşkar edilib.
Bu barədə “Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildə həyata keçirilmiş tədbirlər nəticəsində gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 523 907 ABŞ dolları, 11 560 900 rus rublu, 15 000 funt sterlinq aşkarlanıb.
Eləcə də bu tədbirlər nəticəsində 33,5 kiloqramdan çox qızıl zinət əşyaları və külçə, 2 739 ədəd gümüş zinət əşyaları və gümüş külçələr və 575,989 karat qiymətli daşlar aşkar olunub.
Oxşar xəbərlər
DGK: Ötən il qanunvericiliyi pozan şəxslərdə 33,5 kq qızıl-zinət əşyaları aşkarlanıb
Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alınıb
Moskva hava limanında Azərbaycan vətəndaşından gömrük bəyanı edilməmiş qızıl-zinət əşyaları aşkar edilib
Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Binədə evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













