Azərbaycanda növbəti avtomobil hərracı elan edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
noy
2024
10:30

Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

06 noy, 2024
10:30
675

Azərbaycanda növbəti avtomobil hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) müxtəlif dövlət qurumlarına məxsus 27 nəqliyyat vasitəsini açıq hərraca çıxarır.

"Report" quruma istinadən xəbər verir ki, hərrac dekabrın 19-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Bizimlə əlaqə saxlayın