COP29 çərçivəsində keçiriləcək Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub - YENİLƏNİB
- 30-10-2024, 17:30
- İqtisadiyyat / Biznes
- 0
- 1 354
Azərbaycan və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) arasında COP29 çərçivəsində keçiriləcək Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub.
“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə görüş iqtisadiyyat naziri Mikayıl Cabbarov və UNCTAD-ın Baş katibi Rebekka Qrinspan ilə videokonfrans formatında keçirib.
Görüşdə COP29 çərçivəsində baş tutacaq iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub. Bildirilib ki, BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT çərçivəsində aparılacaq müzakirələr mühüm rol oynaya bilər.
Təşəbbüs dayanıqlı inkişafı dəstəkləmək, yaşıl şaxələndirməyə sərmayələri təşviq etmək və bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsi kimi mühüm məqsədləri ehtiva edir.
Qeyd edək ki, COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil olunan BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rolunu oynayırlar.
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair Yüksək Səviyyəli Görüşə hazırlığı müzakirə etdik. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", - deyə o qeyd edib.
İqlim maliyyəsi, və üzrə Bakı Təşəbbüsü (BICFIT) maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. -nin Ticarət və İnkişaf üzrə…
— Mikayil Jabbarov (@MikayilJabbarov)


width="220" alt="Azərbaycan və BMT iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünü müzakirə edib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />