Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş bir saatdan da az çəkib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, danışıqlar yerli vaxtla təxminən 12:15-də (Bakı vaxtı ilə 08:15-də - red.) başlayıb. Ağ Evin Mətbuat Xidməti görüşün Bakı vaxtı ilə saat 9 radələrində bitdiyini açıqlayıb. İkitərəfli görüşün yekunlarına dair liderlər kütləvi informasiya vasitələri üçün hər hansı birgə bəyanatla çıxış etməyiblər.