Azərbaycanın investisiya mühiti İğdır, Qars, Ərdəhan, Rize və Trabzonda tanıdılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın investisiya mühiti İğdır, Qars, Ərdəhan, Rize və Trabzonda tanıdılıb


Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə İğdır, Qars, Ərdəhan, Rize və Trabzon vilayətlərinə işgüzar səfərlər həyata keçirib, investisiya mühitimizi tanıdıb.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, səfərlər çərçivəsində həmin vilayətlərin valiləri, bələdiyyə sədrləri, ticarət və sənaye palatalarının, həmçinin ticarət birjasının rəhbərləri ilə görüşlər təşkil olunub. Görüşlərdə iki ölkə və regionları arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı investisiya yatırılması imkanları, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi istiqamətində görülə biləcək tədbirlər müzakirə edilib.

Səfərlər çərçivəsində vilayətlərin ticarət və sənaye palatalarında Azərbaycanda investisiya imkanları mövzusunda təqdimatlar olub. Ölkəmizdə investorlar üçün tətbiq olunan təşviq mexanizmləri və güzəştlər, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit haqqında məlumat verilib, iş adamlarının sualları cavablandırılıb.

Oxşar xəbərlər

Kocaelidə Azərbaycanın biznes və investisiya imkanları tanıdılıb
AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və İsveçrə tərəfdaşlıq potensialını nəzərdən keçirib
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əlaqələri genişləndiriləcək
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər