"European Tobacco-Baku" ləğv olunur
sizinxeber.az xəbər saytı

"European Tobacco-Baku" ləğv olunur


"European Tobacco-Baku" ASC ləğv olunduğunu elan edib.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 21 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "European Tobacco-Baku" 2001-ci ildə yaradılıb, Azərbaycanın aparıcı siqaret istehsalçısıdır. Onun nizamnamə kapitalı 134 min manata yaxındır. Müəssisənin sahibi keçmiş deputat Rüfət Quliyevdir.

Oxşar xəbərlər

"Bakı Minsk Ticarət İqtisadiyyat Evi" ləğv olunur
"Danone" ləğv olunur
Azərbaycan şirkəti nizamnamə kapitalını 14 milyon manatdan çox azaldır
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
"Azərkontrakt"ın törəmə lizinq şirkəti də ləğv olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər