Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verib.
“Sizinxeber.az” KOBİA-ya istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilər.
Oxşar xəbərlər
Azərbaycanda “Startap” şəhadətnaməsi almış KOB-ların sayı 210-a çatıb
Azərbaycanda "Startap" şəhadətnaməsi almış KOB-ların sayı 200-ə yaxınlaşıb
Azərbaycanda daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Azərbaycanda daha 4 KOB subyekti vergidən azad olunub
Azərbaycanda daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













