sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan gömrükçüləri növbəti dəfə brilyant qaşlar aşkar edib
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların növbəti dəfə ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.
"Report" Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.
Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700,6 karat brilyant qaşlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri brilyant qaşlar aşkar edib
Brilyant qaşların gömrükdən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













