Naxçıvan sahibkarları I yarımildə 7 milyon manatdan çox güzəştli kredit alıblar
sizinxeber.az xəbər saytı

Naxçıvan sahibkarları I yarımildə 7 milyon manatdan çox güzəştli kredit alıblar


Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 77 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,4 milyon manat güzəştli kredit ayırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.

Onun sözlərinə görə, Fondun maliyyələşdirdiyi layihələrin 73,6 %-i sənaye, 18,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1 %-i xidmət sahələri ilə bağlı olub.

"Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 %-i kiçik, 23,9 %-i orta, 67,5 %-i isə böyük kreditlər olub. Builki kredit ayrılmış layihələr üzrə 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.

Bundan başqa, H.Hüseynəliyev deyib ki, yanvar-iyun aylarında 5,8 milyon manat güzəştli kredit geri qaytarılıb, 2,1 milyon manat problemli kredit ödənilib.

SİF-in əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatıb.

Oxşar xəbərlər

Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar
Naxçıvan sahibkarları 4 ayda 2 milyon manata yaxın güzəştli kredit alıblar
Naxçıvanda ötən il sahibkarlar 4 milyon manatdan çox güzəştli kredit alıb
Azərbaycanda 8 ayda 138 milyon manatdan çox güzəştli kredit verilib
Azərbaycanda 10 ayda 188 milyon manatdan çox güzəştli kredit verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər