Naxçıvan sahibkarları 4 ayda 2 milyon manata yaxın güzəştli kredit alıblar
- 30-04-2025, 17:30
- İqtisadiyyat / Biznes
- 0
- 722
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 50 investisiya layihəsinin maliyyələşdirilməsinə 1 milyon 842,5 min manat güzəştli kredit ayırıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov "Sahibkarlar günü"nə, eləcə də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 3,8 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.
"Builki kredit ayrılmış layihələr üzrə 63 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əvəzi əlavə edib.
O, həmçinin deyib ki, 3 ayda maliyyə dəstəyi verilmiş layihələrin 12 %-i Naxçıvan şəhərinin, 88 %-i isə digər şəhər və rayonların payına düşüb.
"Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə bu il 25 milyon manata qədər maliyyələşdirilmə hədəflənib", - deyə nazir əvəzi əlvaə edib.
Hazırda SİF 8 bankla müvəkkil kredit təşklilatı qismində əməkdaşlıq edir. Bunlardan 2-si əməkdaşlığa 2025-ci ildə cəlb edilib.


width="220" alt="Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />