Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar
sizinxeber.az xəbər saytı

Naxçıvan sahibkarları I rübdə 1 milyon manatdan çox güzəştli kredit alıblar


Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 37 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat güzəştli kredit ayırıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 4,6 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 7,1 dəfə artıb.

"Builki kredit ayrılmış layihələr üzrə 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əvəzi əlavə edib.

O, həmçinin deyib ki, yanvar-mart aylarında maliyyə dəstəyi verilmiş layihələrin 12 %-i Naxçıvan şəhərinin, 88 %-i isə digər şəhər və rayonların payına düşüb, onların 43 %-nə kiçik məbləğli, 57 %-nə isə orta məbləğli kreditlər ayrılıb.

Hazırda SİF 8 bankla müvəkkil kredit təşklilatı qismində əməkdaşlıq edib. Bunlardan 2-si əməkdaşlığa 2025-ci ildə cəlb edilib.

Oxşar xəbərlər

Naxçıvanda ötən il sahibkarlar 4 milyon manatdan çox güzəştli kredit alıb
Azərbaycanda 8 ayda 138 milyon manatdan çox güzəştli kredit verilib
Azərbaycanda 10 ayda 188 milyon manatdan çox güzəştli kredit verilib
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 3 dəfə artıb
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər