Şübhəli Əməlliyyatların Monitorinq Sistemində qeydiyyatda olan şəxslərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Şübhəli Əməlliyyatların Monitorinq Sistemində qeydiyyatda olan şəxslərin sayı açıqlanıb


Şübhəli Əməlliyyatların Monitorinq Sistemində (ŞƏMS) 1 560 öhdəlik daşıyan şəxs qeydiyyatdan keçib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum bir qrup öhdəlik daşıyan şəxslərlə “Əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (ƏL/TMM) qarşı mübarizə sahəsində mövcud vəziyyət və çağırışlar” mövzusunda təlim keçirib.

Tədbirdə Maliyyə Monitorinqi Xidmətinin, ölkənin aparıcı şirkətlərinin nümayəndələri, 20-dən çox öhdəlik daşıyan şəxs iştirak edib. Dövlət Vergi Xidmətinin Maliyyə monitorinqi şöbəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirin əsas məqsədi qeyd olunan sahədə mövcud vəziyyətin iştirakçıların diqqətinə çatdırılması, çətinliklərin aradan qaldırılması üçün öhdəlik daşıyan şəxslərə zəruri məlumatların verilməsi və s. məsələlərin müzakirəsi olub.

Şöbənin rəisi Orxan Abdinov tədbir iştirakçılarını təlimin mövzusu ilə tanış edib. Təlimdə mövzu ilə bağlı təqdimatlar keçirilib. Təqdimatda öhdəlik daşıyan şəxslər üçün hazırlanmış metodiki vəsaitlər, əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə statistik məlumatlar, imza səlahiyyətli şəxslərlə bağlı monitorinqlər, ŞƏMS barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə Maliyyə Monitorinqi Xidmətinin yaratdığı ŞƏMS-də qeydiyyatla bağlı məlumatlandırılıb, müvafiq təlimat onlara təqdim edilib.

Oxşar xəbərlər

Dövlət Vergi Xidmətinin sanksiya tətbiq edəcəyi şəxslərin siyahısı genişlənib
Maliyyə Monitorinqi Xidmətində qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 11 dəfə artıb
Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik qüvvəyə minib
Milli Məclis Vergi Məcəlləsi və 10 qanunda dəyişikliyi birinci oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər