Keçmiş UFC çempionu Makqreqor 2021-ci ildən bəri ilk dəfə fevral ayında döyüşəcək
İki çəki dərəcəsində “Ultimate Fighting Championship” (UFC) çempionu olmuş irlandiyalı Konor Makqreqor 2025-ci il fevralın 1-də yeni zelandiyalı Den Hukerlə döyüşəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə jurnalist Dona Korbi “X” səhifəsində məlumat verib.
"Növbəti döyüş 2025-ci il fevralın 1-də Səudiyyə Ərəbistanında baş tutacaq. Rəqib kimdir? Den Huker", - Makqreqor bildirib.
Qeyd edək ki, Makqreqorun 36 yaşı var. Onun hesabında 22 qələbə və 6 məğlubiyyət var. İyunun sonunda Makqreqor UFC 303-də amerikalı Maykl Çandlerlə döyüşməli idi.
Lakin irlandiyalı döyüşə hazırlıq zamanı ayağının barmağını sındırdıqdan sonra döyüş ləğv edilib. 2021-ci ilin iyulunda amerikalı Dastin Puarye ilə keçirdiyi son döyüşdə Makqreqor ayağını sındırıb.
Makqreqorun rəqibi Hukerin 34 yaşı var və qarışıq döyüş növləri üzrə 36 döyüş keçirib. Onun adında 24 qələbə və 12 məğlubiyyət var.
Oxşar xəbərlər
Konor Makqreqor prezident seçkilərində namizədliyini irəli sürəcək
Səudiyyə Ərəbistanında nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib
Altıqat Fransa çempionu "Bordo" üçüncü diviziona göndərilib
Burak Yılmaz istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
