Azərbaycan cüdoçuları Avropa Gənclər Yay Olimpiya Festivalında komanda hesabında birinci olub
Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını 8 medalla tamamlayıb.
Sizinxeber.az xəbər verir ki, komandanın heyətində son olaraq Sübhan Axundov (+90 kiloqram) fəxri kürsüyə yüksəlib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.
Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında festivalın cüdo yarışlarının çempionu olub.
Turnirdə daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram) qızıl, Nuranə Hacızadə (48 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) gümüş, Aysun Məmmədova (52 kiloqram) və Məhəmməd Ağakişiyev (73 kiloqram) bürünc mükafat qazanıb.
Oxşar xəbərlər
Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurub
Azərbaycanın daha bir cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüyə yüksəlib
Azərbaycan güləş millisi dördüncü dəfə Avropa çempionu olub
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
Qadın güləşçimiz Avropa çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













