Papua-Yeni Qvineyada baş verən torpaq sürüşməsində 10 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Papua-Yeni Qvineyada baş verən torpaq sürüşməsində 10 nəfər ölüb


Papua-Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər ölüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Yeni Zelandiya Radiosu məlumat verib.

Qeyd olunub ki, hadisə materikin şimal-şərqində, Yeni Britaniya adasında yerləşən Şərqi Yeni Britaniya əyalətində baş verib. Uzun müddət davam edən güclü yağışlar və daşqınlardan sonra torpaq sürüşməsi Qazel kəndinə dəyib.

Vurğulanıb ki, hələ də itkin düşmüş insanların dağıntılar altında qalması ehtimalı var və bu da ölənlərin sayını artıra bilər. Xilasetmə xidmətləri hadisə yerində işlərini davam etdirir.

Oxşar xəbərlər

Papua-Yeni Qvineyada zəlzələ baş verib
Papua-Yeni Qvineyada silsilə zəlzələlər baş verib
Papua - Yeni Qvineya sahillərində 7,2 maqnitudalı zəlzələ olub
Papua-Yeni Qvineyanın şimalında güclü zəlzələ olub
Papua - Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər