Serbiya Prezidenti: İnanıram ki, parlament seçkiləri demokratik keçiriləcək
Serbiyada keçiriləcək parlament seçkiləri demokratik olacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Pink"ə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, seçkilər ya iyulun 12-də, ya da oktyabr-noyabr aylarında keçiriləcək.
Onun sözlərinə görə, hər şey iki ay yarım, ən geci isə qarşıdakı altı ay yarım ərzində məlum olacaq: "Ölkədə və dünyadakı vəziyyətdən asılı olaraq dövlət maraqlarını rəhbər tutacağıq. İnanıram ki, seçkilər demokratik olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələri tam şəkildə qəbul ediləcək, həmçinin məhkəmə sistemi ilə bağlı Venesiya Komissiyasının qərarları da həyata keçiriləcək".
Prezident vurğulayıb ki, hər şey xalqın istədiyi kimi olacaq: "Xalq nə düşündüyünü və hansı gələcəyi istədiyini demək imkanı əldə edəcək. Keçmişə qayıdışmı istəyirlər, boşaldılmış zavodlara, iş yerlərinin itirilməsinə, talançı özəlləşdirməyə, 2000-2012-ci illərdə olduğu kimi ərazilərin itirilməsinəmi qayıtmaq istəyirlər, yoxsa inkişaf və rifah yolunu davam etdirməyi? Düşünürəm ki, insanların qarşısında seçim kifayət qədər aydın olacaq".
Oxşar xəbərlər
Serbiyada ATƏT-in bürosunun tövsiyəsi ilə seçkiyə aid dörd qanuna dəyişikliklər ediləcək
Ana Brnabiç: Serbiya Venesiya Komissiyasının məhkəmə-hüquq qanunlarına dəyişikliklər paketi barədə ilkin rəyi alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
