Almaniya Avropa üzərində "Dəmir günbəz" sisteminin yaradılmasına dəstək verib
sizinxeber.az xəbər saytı

Almaniya Avropa üzərində "Dəmir günbəz" sisteminin yaradılmasına dəstək verib


Almaniya Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (XDS/XSS) fraksiyasının sədri Yens Şpan İsrail nümunəsi əsasında Avropanın hava hücumundan müdafiəsinin gücləndirilməsini və "Dəmir günbəz"ə bənzər raket əleyhinə müdafiə sisteminin yaradılmasını dəstəkləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Stuttgarter Zeitung” qəzetinə bildirib.

"Almaniya hökuməti indi bunun üçün səy göstərməli və mümkün qədər tez bir zamanda Avropa üzərində "Dəmir günbəz" ucaltmalıdır", - o qeyd edib.

Siyasətçi bunu Yaxın Şərq və Ukraynada baş verən hadisələrlə əsaslandırıb. Y.Şpan "Dəmir günbəz" layihəsini transatlantik alyansın Avropa dayağı kimi təşviq etməyə çağırıb.

Onun fikrincə, Avropa yaxınlaşan raketlərdən, pilotsuz uçuş aparatlarından və digər uçuş aparatlarından özünü müdafiə etmək iqtidarında olmalıdır.

Oxşar xəbərlər

Türkiyə süni intellektdən istifadə ilə milli “Dəmir günbəz” HHM sistemi yaradacaq
Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər
Türkiyə istənilən xarici təhdidin qarşısını almaq üçün yeni hərbi platformalar yaradır
“Hizbullah” lideri bir neçə PUA-nın İsraildəki hədəfləri vurduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər