CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb
sizinxeber.az xəbər saytı

CNN: ABŞ Kuba sahillərində kəşfiyyat uçuşlarını artırıb


Amerika hərbçiləri Kuba sahillərində kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə CNN teleşirkəti mənbələrə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, 4 fevraldan bəri ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Donanması ada sahillərində azı 25 uçuş həyata keçirib. Missiyaların əksəriyyəti Havana və Santyaqo-de-Kuba yaxınlığında baş tutub.

Qeyd olunur ki, ABŞ hərbçiləri bu missiyalar üçün əsasən "P-8A Poseidon" dəniz müşahidə təyyarələrindən istifadə edib.

Bundan əlavə, əməliyyatlarda "RC-135V Rivet Joint" kəşfiyyat təyyarələri və "MQ-4C Triton" pilotsuz uçuş aparatları (PUA) da iştirak edib.

Oxşar xəbərlər

Avropa ABŞ-ni Rumıniyada döyüş təyyarələri yerləşdirməyə çağırıb
Cənubi Koreya kəşfiyyatı Rusiya-Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayını açıqlayıb
Pentaqon Çinlə mümkün münaqişə üçün dəniz dronları donanması hazırlığı görür
Kuba sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Kuba XİN ABŞ-nin sanksiyalarla bağlı son qərarını cinayət adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər