Nigeriyada yaraqlıların hücumu zamanı 14 nəfər ölüb, yaralananlar var
Nigeriyanın Plateau əyalətində yaraqlıların hücumu zamanı aralarında 3 hamilə qadın olmaqla 14 nəfər öldürülüb.
Bu barədə "Sizinxeber.az" xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunur ki, əyalətə gələn silahlılar ətrafdakı insanlara atəş açıblar. Sonra evdən evə keçərək, sakinləri güllələyiblər. Hücum nəticəsində həmçinin çoxlu sayda insan yaralanıb. Xəsarət alanların sayı açıqlanmır.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanları bölgədə vəziyyətin nəzarət altında olduğu bildirib. Qeyd olunur ki, hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror qruplaşmalarının hücumlarından əziyyət çəkir.
Oxşar xəbərlər
Nigeriyada avtobusa silahlı hücum olub, 8 nəfər öldürülüb
Nigeriyada terrorçular 81 sakini qətlə yetirib
KİV: "Boko Haram" silahlıları Nigeriyada 20 balıqçını öldürüblər
Nigeriyada silahlı hücum: 5 nəfər öldürülüb, 50 nəfər qaçırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
