ABŞ Federal Məhkəməsi Trampın idxala tətbiq etdiyi 10%-lik rüsumları qanunsuz hesab edib
ABŞ-nin Federal Ticarət Məhkəməsi Prezident Donald Trampın təşəbbüsü ilə xarici idxala tətbiq edilən 10 faizlik rüsumun qanunsuz olması barədə qərar çıxarıb.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məhkəmə iddia qaldıran kiçik müəssisələrin və iyirmiyə yaxın Amerika ştatının tərəfini tutub və dərhal iddiaçı olan iki şirkətdən, həmçinin Vaşinqton ştatından rüsumların yığılmasına qadağa qoyub. Bununla yanaşı, məhkəmə iddiada iştirak edən digər ştatların birbaşa idxalçı rolunda çıxış etmədiyini qeyd edərək universal qadağa qərarı çıxarmayıb.
Bu rüsum fevral ayında Tramp tərəfindən 150 gün müddətinə təsdiqlənib. O, beynəlxalq ticarət sahəsindəki fövqəladə prezident səlahiyyətlərinə əsaslanırdı və artıq qüvvədə olan tariflərin üzərinə hesablanan, idxal olunan mallar üçün əlavə vergi təşkil edirdi. Nəticədə, amerikalı idxalçılar üçün ölkəyə gətirilən məhsulların dəyəri əhəmiyyətli dərəcədə artırdı.
ABŞ Kiçik Biznes Koalisiyasının məlumatına görə, təkcə mart ayında 122-ci maddə çərçivəsində təxminən 8 milyard dollar yığılıb. Koalisiyanın rəhbəri Den Entoni məhkəmənin qərarını müsbət qiymətləndirib, lakin məhkəmənin ehtimal olunan şikayət dövründə rüsumların yığılmasını dayandırmamasını təəssüflə qeyd edib.
Oxşar xəbərlər
ABŞ hökuməti idxal olunan bütün məhsullara rüsum tətbiq edəcək
Tramp administrasiyası toplanmış 159 milyard dollar rüsumu şirkətlərə qaytarmalı olacaq
ABŞ Prezidenti Serbiyadan idxala 35 % rüsum tətbiq edir
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
Britaniya 2027-ci ilin iyulunadək bir sıra malların idxalına rüsumları ləğv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
