ABŞ hökuməti idxal olunan bütün məhsullara rüsum tətbiq edəcək
sizinxeber.az xəbər saytı

ABŞ hökuməti idxal olunan bütün məhsullara rüsum tətbiq edəcək


ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çıxışı zamanı deyib.

Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası (25%), Tayland (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də təsir edəcək.

Eyni zamanda ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% rüsum, Ukraynadan idxala 10% həcmində cavab gömrük rüsumları tətbiq edəcək.

Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq ediləcəyini açıqlayan Tramp ABŞ ilə ticarət kəsiri ən yüksək olan ölkələrə tətbiq ediləcək rüsumun daha çox olacağını bildirib. 

"Kanada, Meksika və bir çox başqa ölkələrin kəsirlərini ödəyə bilmirik. Biz bunu əvvəllər etmişdik, amma artıq ödəyə bilmirik. Biz bütün dünya ölkələrinin qayğısına qalırıq. Biz onların hərbi xərclərini ödəyirik. Onların ödəməli olduğu hər şeyin əvəzini ödəyirik. Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) indiyə qədər müzakirə edilən ən pis razılaşma idi.Sazişin qüvvəyə mindiyi vaxtdan bəri ABŞ 90 minə yaxın müəssisəsini itirib".

Oxşar xəbərlər

ABŞ hökuməti bir çox ölkələrə gömrük rüsumu tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Castin Trüdoya xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Donald Tramp: "Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər