Tramp Avropa İttifaqını tariflərin artırılması ilə hədələyib
sizinxeber.az xəbər saytı

Tramp Avropa İttifaqını tariflərin artırılması ilə hədələyib


Avropa İttifaqı (Aİ) iyulun 4-dək ticarət sazişi şərtlərinin özünə aid hissəsini yerinə yetirməsə, ABŞ Prezidenti Donald Tramp Avropa mallarına rüsumları artıracaq.

"Report" xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenlə telefon danışığının yekunlarına əsasən "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"AK prezidenti Ursula fon der Lyayenlə əla danışığım olub. Biz bir çox mövzuları müzakirə etdik, o cümlədən İranın nüvə silahı əldə etməməli olduğu qənaətinə gəldik.

Mən səbirlə gözləyirdim ki, Aİ Şotlandiyanın Törnberri şəhərində razılaşdığımız tarixi ticarət sazişinin öz payına düşən hissəsini yerinə yetirsin! Aİ-nin öz tariflərini sıfıra endirərək sazişin öz payına düşən hissəsini yerinə yetirəcəyinə dair söz verilib! Mən ona ABŞ-nin 250 illiyinə qədər vaxt verməyə razılaşdım, əks halda, təəssüf ki, onların tarifləri dərhal xeyli yüksək səviyyələrə qalxacaq", - Tramp bildirib.

Oxşar xəbərlər

Tramp Aİ-dən gələn mallara 50 % gömrük rüsumunun tətbiqini ertələməyə razılaşıb
Avropa Komissiyasının sədri: Tramp sövdələşmə ustasıdır
Tramp: ABŞ və Aİ arasında ticarət sazişi bağlanma ehtimalı 50%-dir
Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumlar 25 % artırılacaq
Tramp və Ursula von der Leyen arasında telefon danışığı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər