Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumlar 25 % artırılacaq
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal edilən avtomobil və yük maşınları üzrə tariflərin artıq növbəti həftə 25 %-ə qədər artırılacağını anons edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.
Tramp öz paylaşımında Aİ-ni ABŞ ilə ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.
"Bu xəbəri elan etməkdən məmnunam: növbəti həftə Aİ-dən ABŞ-yə idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tarifləri artıracağam, çünki ittifaq tam razılaşdırılmış ticarət sazişinə riayət etmir. Tariflər 25 %-ə qədər artırılacaq", - o yazıb.
Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.
O həmçinin qeyd edib ki, ölkədə 100 milyard dollardan çox investisiya ilə yeni avtomobil zavodlarının inşası aparılır və bunu sənaye tarixində rekord adlandırıb.
"Hazırda 100 milyard dollardan çox investisiya qoyulmuş çoxlu sayda avtomobil və yük maşını zavodları tikilir - bu, avtomobil və yük maşınları istehsalı tarixində rekorddur. Heyəti amerikalı işçilərdən ibarət olan bu zavodlar tezliklə açılacaq - Amerikada əvvəllər heç vaxt belə bir şey baş verməmişdi!", - ABŞ lideri vurğulayıb.
Oxşar xəbərlər
Tramp Avropa İttifaqı ölkələrini hədələyib
Tramp avtomobil istehsalçıları üçün rüsumları yüngülləşdirə bilər
Yaponiya ABŞ-a 550 milyard dollar yatıracaq
Avropanın avtomobil sənayesi 4,7 milyard dollar gəlir əldə edəcək
Tramp Aİ-yə qarşı 50 %-lik tariflər tətbiq etməyi təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
