Hörmüz boğazında konteyner gəmisinə PUA hücumu nəticəsində 7 ekipaj üzvü yaralanıb
sizinxeber.az xəbər saytı

Hörmüz boğazında konteyner gəmisinə PUA hücumu nəticəsində 7 ekipaj üzvü yaralanıb


Hörmüz boğazında "San Antonio" konteyner gəmisinin pilotsuz uçuş aparatının (PUA) zərbəsinə məruz qalması nəticəsində Filippindən olan 7 ekipaj üzvü xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Filippinin "PNA" agentliyi miqrant işçilər üzrə nazir Hans Leo Kakdakın açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatının zərbəsi nəticəsində dörd filipinli yüngül xəsarət alıb, üç nəfər reanimasiyadadır.

Daha əvvəl Fransanın "CMA CGM" şirkətinə məxsus gəminin hücuma məruz qaldığı bildirilmişdi.

Oxşar xəbərlər

Hörmüz boğazında Fransaya məxsus gəmiyə hücum olub
BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib
Fransız gəmisi Hörmüz boğazında atəşə tutuldu
Makron: Hörmüz boğazında açılan atəşin hədəfi Fransa olmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər