ABŞ Aİ ölkələrini terrorçular üçün yeni maliyyə və logistika mərkəzləri hesab edir
sizinxeber.az xəbər saytı

ABŞ Aİ ölkələrini terrorçular üçün yeni maliyyə və logistika mərkəzləri hesab edir


ABŞ hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) Avropa müttəfiqləri terrorçular üçün maliyyə və logistika mərkəzlərinə çevrilib.

"Sizinxeber.az" xəbər verir ki, bu mövqe ABŞ administrasiyasının dərc olunmuş Terrorla Mübarizə Strategiyasında öz əksini tapıb.

Sənəddə vurğulanır ki, Avropa ölkələrinə nəzarətsiz kütləvi miqrasiya terrorçuların nüfuz etməsi üçün bir kanal rolunu oynayır və buna görə də Qərb dövlətləri terrorizmlə mübarizə səylərini dərhal və əhəmiyyətli dərəcədə artırmalıdırlar.

"Varlı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və cəlbetmə mərkəzləri kimi xidmət etməsi qəbuledilməzdir", - deyə məlumatda qeyd olunub.

Sənəddə göstərilən mövqeyə əsasən, Avropa ölkələri terrorizmə qarşı mübarizədə ABŞ-nin əsas və uzunmüddətli tərəfdaşları olaraq qalır. Eyni zamanda, qeyd olunub ki, Avropa həm terrorçular üçün hədəf, həm də terror təhdidlərinin inkubatorudur.

Oxşar xəbərlər

Hakan Fidandan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq
Kanada və Şimali Avropa müdafiə istehsalını artırmaq barədə razılığa gəlib
Ərdoğan: Suriyadakı terrorçular indi özlərinə yeni rəhbər axtarırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər