Aİ komissarı Şuitsa Ankarada miqrasiya və Aralıq dənizi regionunda əməkdaşlığı müzakirə edib
Avropa İttifaqının (Aİ) Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa Ankaraya səfəri zamanı türkiyəli nazirlərlə danışıqlar apararaq miqrasiya, təhlükəsizlik və regionda əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, Avropa komissarı mətbuata açıqlamasında Türkiyənin xarici işlər, ailə və sosial xidmətlər və daxili işlər nazirləri Hakan Fidan, Mahinur Özdemir Göktaş və Mustafa Çiftçi ilə apardığı danışıqlar barədə məlumat verib.
Müzakirələrin mərkəzində miqrasiya və təhlükəsizlik, eləcə də energetika, nəqliyyat əlaqəsi və investisiyalar sahələrində Aralıq dənizi Paktı çərçivəsində mümkün üçtərəfli qarşılıqlı fəaliyyət də daxil olmaqla "ümumi maraq doğuran məsələlər" yer alıb.
Tərəflər regiondakı vəziyyətə, o cümlədən Qəzzaya dəstək, onun bərpası və yenidən qurulmasına, eləcə də Suriyanın keçid prosesinə və sosial-iqtisadi bərpasına xüsusi diqqət ayırıblar.
Oxşar xəbərlər
Aİ Fələstinə əlavə 1,6 milyard avro ayıracaq
Türkiyə İtaliya və Liviyanı qeyri-qanuni miqrasiya ilə mübarizədə çoxtərəfli koordinasiyaya çağırıb
İsrail və Fələstin xarici işlər nazirləri Aİ iclasında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

