ABŞ hərbçiləri yenidən Panamada cəngəllik təliminə başlayıblar
sizinxeber.az xəbər saytı

ABŞ hərbçiləri yenidən Panamada cəngəllik təliminə başlayıblar


ABŞ hərbçiləri yenidən Panamada cəngəllik şəraitində döyüş təliminə başlayıblar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, döyüş hazırlığı mərkəzi işini 25 il sonra bərpa edib.

Qeyd olunur ki, təlim proqramına piyada, dənizçi və dəniz piyadaları üçün cəngəllik şəraitində sağ qalma, təxliyə və patrul xidməti daxildir.

Agentlik yazır ki, bu cür təlimlər ABŞ administrasiyasının Meksika və ya Kubada mümkün hərbi əməliyyatlara hazırlıq barədə siqnalları fonunda yenidən aktuallıq qazanır.

"Bloomberg" həmçinin bildirib ki, ABŞ hərbi qulluqçuları panamalı həmkarları ilə birgə təlim keçirlər.

Oxşar xəbərlər

Rusiya və Pakistan hərbçiləri birgə taktiki təlimlər keçirir
İsrail ordusu bu gün Hayfada təlimlər keçirəcək
Panamada güclü yağışlar nəticəsində 5 nəfər ölüb
Ermənistanda Rusiya hərbçiləri təlim keçir
Azərbaycan hərbçiləri Türkiyədə mağaralarda... - Video

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər