"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
sizinxeber.az xəbər saytı

"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir


Almaniya hərbi resurslarını "nəyin bahasına olursa-olsun", Litva ərazisinə istiqamətləndirərək orada tank briqadasının yaradılmasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Mövcud məlumatlara görə, söhbət qərargahı artıq Litvanın paytaxtı Vilnüsdə yerləşdirilmiş "45-ci tank briqadası"nın formalaşdırılmasından gedir. Təxminən 5 min alman hərbçisinin NATO-nun şərq cinahına göndərilməsi qərarı Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən qəbul edilib.

Bildirilib ki, birləşməyə rəhbərlik briqada generalı Kristof Huberə həvalə edilib.

"Biz alman xalqının NATO-nun şərq cinahında azadlığı və hüquqlarının cəsarətlə qorunması naminə canımızı verməyə hazırıq", - o bildirib.

Mövcud məlumata görə, bölmə 2027-ci ilə qədər tam döyüş hazırlığı səviyyəsinə çatmalıdır.

Oxşar xəbərlər

Almaniya NATO-nun şərq cinahını gücləndirir
Almaniya NATO-nun şərq cinahına daimi qoşun yerləşdirməyə başlayıb
Müdafiə naziri almaniyalı sülhməramlıların Ukraynaya göndərilməsini istisna etməyib
Rutte: ABŞ NATO-nun şərq cinahında mövcudluğunu azaltmaq niyyətində deyil
Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər