ABŞ Nümayəndələr Palatası DTN-nin maliyyələşdirilməsi haqqında qanunu təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Nümayəndələr Palatası DTN-nin maliyyələşdirilməsi haqqında qanunu təsdiqləyib


ABŞ Konqresinin Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) fəaliyyətinin qismən dayandırılmasına son qoymağa yönəlmiş və daha əvvəl Senat tərəfindən təsdiqlənmiş maliyyələşdirmə haqqında qanun layihəsini dəstəkləyib.

"Sizinxeber.az" "The Hill"ə istinadən xəbər verir ki, sənəd sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonunadək DTN-nin əksər strukturlarının maliyyələşdirilməsini nəzərdə tutur.

Respublikaçılar demokratların Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin və Sərhəd Xidmətinin maliyyələşdirilməsinin ondan çıxarılması tələbi ilə razılaşdıqdan sonra qanun layihəsi yekdilliklə qəbul edilib.

Sənəd imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. "Reuters"in məlumatına görə, onun qanunu yaxın vaxtlarda imzalayacağı gözlənilir.

Miqrasiya və Gömrük Nəzarəti Xidməti və Sərhəd Xidmətinin maliyyələşdirilməsi məsələsinə Konqres tərəfindən ayrıca baxılacaq.

Oxşar xəbərlər

ABŞ Nümayəndələr Palatası dövlət xərclərinin 9 milyard dollar azaldılmasını təsdiqləyib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul edib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər