Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb
sizinxeber.az xəbər saytı

Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb


Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Cənub-Şərqi Asiyadakı tərəfdaş ölkələri Yaxın Şərqdə münaqişənin səbəb olduğu yanacaq çatışmazlığı fonunda neft tədarükü üçün Rusiyaya müraciət etməməyə çağırıb.

"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Bruneydə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ və İsrailin İrana qarşı müharibəsindən fayda əldə edib. Bu müharibə dünya neftinin təxminən beşdə birinin və digər vacib malların daşınmasında əsas marşrut olan Hörmüz boğazının faktiki olaraq bağlanmasına gətirib çıxarıb.

"Neftdən əldə edilən gəlirlər Rusiyanın müharibəni (Ukraynaya qarşı) maliyyələşdirmək üçün istifadə etdiyi vəsaitlərdir. Biz müharibənin dayandırılmasında maraqlıyıq", - Kallas bildirib.

O vurğulayıb ki, Aİ enerji resursları mənbələrinin şaxələndirilməsinin və Rusiyadan tədarüklərdən imtina edilməsinin tətəfdarıdır.

Oxşar xəbərlər

Kallas Aİ ölkələrini Yaxın Şərqə görə Ukraynadan yayınmamağa çağırıb
ASEAN ölkələri ABŞ və İrandan Hörmüz boğazından təhlükəsiz keçidin bərpasını tələb ediblər
Kallas Qərbi Rusiyaya maksimum təzyiq göstərməyə çağırıb
Kallas: Rusiya ilə Ukrayna arasında müharibəni bitirmək üçün Transatlantik birliyə ehtiyac var
Aİ ölkələri İrana qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər