Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb


"Drujba" neft kəmərinin bir hissəsində təmir işləri başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

"Ukrayna Rusiyanın zərbəsi nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin bir hissəsində təmir işlərini yekunlaşdırıb. Neft kəməri fəaliyyətini bərpa edə bilər. Heç kim infrastruktura zərbələrin təkrarlanmayacağına zəmanət verə bilməsə də, mütəxəssislər sistemin fəaliyyətinin bərpası üçün baza şərtlərini təmin ediblər", - paylaşımda bildirilib.

O, həmçinin bildirib ki, artıq bu həftə "Ramştayn" formatında görüş hazırlanır və bu çərçivədə bərpa işləri, eləcə də enerji infrastrukturu obyektlərinin mühafizəsinin gücləndirilməsi üçün zəruri maliyyənin cəlb edilməsinin sürətləndirilməsi planlaşdırılır.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna əvvəllər Avropa Şurası tərəfindən təsdiqlənmiş Avropanın dəstək paketinin blokdan çıxarılmasına ümid edir.

Oxşar xəbərlər

Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmirini yazda başa çatdıra bilər
Zelenski: "Drujba" boru kəməri aprelin sonuna qədər bərpa olunacaq
Aİ "Drujba" neft kəmərinin bərpasına dəstək göstərəcək
Zelenski: "Drjuba" neft kəmərinin təmiri aprelin sonunadək başa çatacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər