İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Livan ərazisində 10 günlük atəşkəs rejimi qüvvəyə minib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) ümummilli radiostansiyası məlumat yayıb.
"İsrailin şimal rayonlarına endirilən bir neçə saatlıq fasiləsiz zərbələrin ardınca Livanda müvəqqəti atəşkəs rejimi rəsmən qüvvəyə minib", - radiostansiya bildirib.
Rəsmi olaraq atəşkəs Şərq yay vaxtı ilə aprelin 16-sı saat 17:00-da (Bakı vaxtı ilə aprelin 17-si saat 01:00-da) qüvvəyə minməli idi.
Bundan təxminən bir saat əvvəl İMQ-nin mətbuat xidmətindən bildirilib ki, ordu bölmələri "hazırda" Livanın "Hizbullah" radikal qruplaşmasının İsrailin şimalındakı yaşayış məntəqələri istiqamətində raketlər buraxdığı qurğulara hücum edir. İsrail mediasının məlumatına görə, radikallar ən azı 25 raket və üç dron buraxıblar.
ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəlib. Daha sonra ABŞ Dövlət Departamenti qeyd edib ki, atəşkəs tərəflər arasında birbaşa danışıqların davam etdirilməsi və regionda gərginliyin azaldılması üçün şəraitin yaradılmasına yönəlib.
Oxşar xəbərlər
İsrail və Livan 10 günlük atəşkəs elan edir
İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
İsrail Livanda atəşkəs rejiminin tətbiq edilməsi xəbərini təkzib edib- YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
